[b]“Zirə”nin yeni transferi seçimini etdi[/b]
29.06.2017 - 13:04
“Zirə” yeni transferi Qabriel Mateyin adını Avropa Liqasının I təsnifat mərhələsində “Differdanj”la keçirəcəyi oyunların iştirak ərizəsinə daxil edib. Apasport.az saytı xəbər verir ki, rumıniyalı müdafiəçinin paytaxt klubunda neçə nömrəli formanı geyinəcəyi müəyyənləşib.
“Zirə” ilə 1+1 illik sözləşməyə qol çəkmiş Matey “14”ü seçib.
Qeyd edək ki, “Zirə” “Differdanj”la ilk matçını bu gün Bakıda, cavab görüşünü isə 1 həftə sonra Lüksemburqda keçirəcək.
0
0