[b] Araz Abdullayev: “Qəbələ” çox ciddi rəqibdi[/b]
12.12.2015 - 14:12
[b] Araz Abdullayev: “Qəbələ” çox ciddi rəqibdi[/b]

“Bu həftə yaxşı hazırlıq keçmişik. Bilirik ki, “Qəbələ” Avroliqada oynamış komandadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Araz Abdullayev deyib.

 

Ölkə çempionatının XVI turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “ağ-qaralar” oyunun hazırlığını başa vurublar.

 

Sabah keçiriləcək matçla bağlı klubun rəsmi saytına danışan Abdullayev səfərdən 3 xalla qayıtmaq istədiklərini bildirib: “Qəbələ” çox ciddi rəqibdi. Buna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək. Hər bir komanda istəyir qalib gəlsin, biz də istəyirik Qəbələdən 3 xal gətirək. Qoy güclü olan qalib gəlsin”.