“Dinamo”nu titulsuz tərk etmək istəmirəm”. Apasport.az saytının məlumatına görə, bunu Şimal Şərq Regional Liqasında çıxış edən Berlin “Dinamo”sunun hücumçusu Rüfət Dadaşov deyib.
Gələn mövsümdən III Bundesliqa təmsilçisi “Proyssen”in şərəfini qoruyacaq Azəbaycan millisinin sabiq forvardı “Dinamo” ilə bu mövsüm titul qazanmaq niyyətindədi: “Berlin şəhərini titulla tərk etmək istəyirəm. Berlin kubokunu qazanmaq əla olar. Klub və azarkeşlər buna layiqdi”.
Dadaşov “Proyssen”i seçməsinin səbəbini açıqlayıb. O, “Dinamo”dan ayrılmaqda məqsədinin yenidən yığmaya çağırılmaq olduğunu vurğulayıb: “Bu qərarı vermək mənə asan olmadı. Burda əla vaxt keçirirəm və özümü tam rahat hiss edirəm. Ancaq karyera baxımından bu addımı atmalı idim. Yenidən Azərbaycan millisinə dəvət almaq üçün daha yüksək səviyyəli çempionatda gücümü sınamaq istəyirəm”.
Qeyd edək ki, Rüfət Dadaşov “Proyssen”lə 2 illik müqavilə imzalayıb.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”