17 yaşadək futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçirilən final mərhələsində növbəti təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin III turunun sabah keçiriləcək görüşlərinin ədalət təmsilçiləri bəllidi.
Azərbaycan millisinin Şotlandiyaya qarşı keçiriləcək görüşü norveçli Sveyn Erik Edvartsenə tapşırılıb. Ona Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr) və Sergeyus Sliva (Litva) kömək edəcək. Azərbaycan hakimləri Əliyar Ağayevlə Orxan Məmmədov sabah da iş başında olacaq. Onlar 4-cü hakim kimi meydana çıxacaq. Azərbaycanlı hakim-inspektor Asim Xudiyev də növbəti təyinatını alıb.
III tur
11 may
A qrupu
16:00. Şotlandiya - Azərbaycan
Baş hakim: Sveyn Erik Edvartsen (Norveç)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
Hakim-inspektor: Mark Batta (Fransa)
8-ci km qəsəbə stadionu
16:00. Portuqaliya - Belçika
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Vladimir Abtonov (Moldova)
“Dalğa Arena”
B qrupu
19:15. Bosniya və Herseqovina - Ukrayna
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Baş hakimin köməkçiləri: Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
8-ci km qəsəbə stadionu
19:15. Almaniya - Avstriya
Baş hakim: Mitya Jqaneç (Sloveniya)
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
“Dalğa Arena”
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı