“Barselona” Çempionlar Liqasının rekorduna şərik olub. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi qrup mərhələsində vurduğu qolların sayını 20-yə çatdırıb.
İspaniya təmsilçisi bununla yarışın tarixində ən yüksək məhsuldarlığa imza atıb. Bunadək eyni göstərici daha 3 dəfə qeydə alındığından kataloniyalılar tarixə 4-cü kimi düşüb.
Amma “Barselona” bu rekordu iki dəfə gerçəkləşdirən yeganə komandadı. İspaniyalılar 2011/12 mövsümündə də 6 qrup matçında 20 qol vurmuşdu.
Rekordu təkrarlamaq, ümumiyyətlə bu ölkə təmsilçilərinin payına düşür. Çünki 2013/14 mövsümündə qrupu 20 qolla başa vuran “Real”da bu nailiyyətin şəriklərindəndi.
“Barselona”nın 2, “Real”ın 1 dəfə təkrarladığı bu rekordu reallaşdıran ilk komanda isə “Mançester Yunayted” olub. İngiltərə təmsilçisi 1998/99 mövsümündə 20 qol vuran ilk komanda kimi qrupu başa vurub.
Qeyd edək ki, üç komandanın 4 dəfə imza atdığı məhsuldarlıq rekordu bu gün yenilənə bilər. Bunun üçün hesabında 19 qol olan Dortmund “Borussiya”sı daha 2 dəfə fərqlənməlidi. Almaniya təmsilçisi belə uğur sahibi olmaq üçün Madriddə “Real”ın müdafiə xəttini yarmalıdı.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı