Portuqaliya Premyer Liqasında XXIX tura start verilib. Apasport.az saytının məlumatına görə, açılış matçında milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudovun klubu "Boavişta" mübarizə aparıb.
"Boavişta" aşağı sıralarda qərarlaşan "Fereyra"nı qəbul edib. Görüş başladığı hesabla - 0:0 baaş çatıb. Mahmudov isə 90 dəqiqəni ehtiyat oyunçular skamyasından izləməklə kifayətlənib. Bu nəticədən sonra "Boavişta" aktivindəki 35 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır.
Qeyd edək ki, yığmamızın qapıçısı Kamran Ağayev "Boavişta" ilə müqavilə müddəti davam etməsinə baxmayaraq, klubuna qayıtmaqdan imtina edib.