[b]AÇ-2016: Daha bir ulduz futbolçu zədələndi[/b]
26.05.2016 - 14:33
[b]AÇ-2016: Daha bir ulduz futbolçu zədələndi[/b]

Daha bir ulduz futbolçu gələn ay start götürəcək Avropa çempionatını buraxa bilər. Apasport.az saytının məlumatına görə, bu təhlükə ilə İngiltərə yığmasının hücumçusu Daniel Starric üzləşib.

 

Belə ki, 26 yaşlı futbolçu zədələnib. Starric Avstraliya ilə keçiriləcək yoldaşlıq matçından öncə məşqdə xəsarət alaraq, sıradan çıxıb.

 

Onun sabahkı qarşılaşmanı buraxacağı dəqiqləşib. Həkimlər ingilis forvardın Avropa çempionatından da kənarda qalacağını istisna etməyiblər.

 

Starricin nə vaxt sıraya dönəcəyinə bu günlərdə aydınlıq gələcək. 

0