[b]AÇ-2018: Azərbaycan millisi II səbətdə[/b]
05.09.2017 - 14:01
[b]AÇ-2018: Azərbaycan millisi II səbətdə[/b]

2018-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatmasının detalları və təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, tədbir sentyabrın 29-da təşkil olunacaq.

 

Püşkatma final mərhələsinə ev sahibliyi edəcək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

Püşkatmaya qədər pley-offun yalnız ilk oyunları baş tutacaq. Bu üzdən də püşkatmada birbaşa vəsiqə qazanan komandalarla yanaşı cütlər də iştirak edəcək. Pley-off matçları isə sentyabrın 12-də və 26-da baş tutacaq.

 

Püşk zamanı 12 komanda 4 qrupa bölünəcək. Artıq indidən yığmalar 3 səbətə ayrılıb.

 

Meydan sahibi Sloveniya A qrupunun 1-ci komandası olduğundan ilk səbətdə cəmi 3 komanda yer alıb.

 

Azərbaycan millisi II səbətdə yer alıb.

 

I səbət: İspaniya, Rusiya, Portuqaliya

II səbət: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan

III səbət: Pley-offun qalibləri

 

Pley-offda Rumıniya – Gürcüstan, Macarıstan – Polşa, Çexiya – Serbiya və Fransa – Xorvatiya cütləri üz-üzə gələcək. UEFA qrup mərhələsində Rusiya və Ukraynanı ayıracaq. Bu komandalar qrupda üz-üzə gələ bilməyəcək.

 

Final mərhələsinin təqvimi

Qrup mərhələsi

 

I tur

30 yanvar

Sloveniya – A3

B1 – B3

31 yanvar

C1 – C3

D1 – D3

 

II tur

1 fevral

A3 – A2

B3 – B2

2 fevral

C3 – C2

D3 – D2

 

III tur

3 fevral

A2 – Sloveniya

B2 – B1

4 fevral

C2 – C1

D2 – D1

 

1/4 final

5 fevral

1A – 2B

1B – 2A

6 fevral

1C – 2D

1D – 2C

 

Yarımfinal

8 fevral

1A–2B qalibi - 1C–2D qalibi

1B–2A qalibi – 1D–2C qalibi

 

10 fevral

III yer uğrunda oyun

Final

0