[b]"Neftçi" və "Sumqayıt"dan uğurlu başlanğıc - YENİLƏNİB[/b]
06.08.2016 - 21:58
[b]"Neftçi" və "Sumqayıt"dan uğurlu başlanğıc - YENİLƏNİB[/b]

Bu gün futbol üzrə Azərbaycan çempionatında 2016/17 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, açılış turununun ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

Yubiley – 25-ci birinciliyin ilk oyunu “AZAL Arena”da keçirilib. “Təyyarəçilər”in qonağı “Neftçi” olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə hər iki komanda azlıqda qalıb. Qollar isə ikinci yarıda vurulub. Elvin Bədəlov və Rəhman Hacıyev komandalarına qələbə qazandırıblar.

 

Günün ikinci qarşlaşması isə Zirə İdman Kompleksinin stadionunda oynanılıb. Ötən il debüt mövsümündəcə “gümüş”ə yiyələnən “Zirə” “Sumqayıt”ı qonaq edib. Oyunun taleyini bir qol həll edib. Vaqif Cavadovun 75-ci dəqiqədə vurduğu qol qonaqların evlərinə 3 xalla dönməsinə səbəb olub.

 

Topaz Premyer Liqası

I tur

6 avqust (şənbə)

 

“Zirə” – “Sumqayıt” - 0:1

Qol: Vaqif Cavadov, 74

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim inspektor: Füzuli Nəcəfov

Zirə İdman Kompleksinin stadionu

 

“Zirə”: 1. Anar Nəzirov, 18. Tural Cəlilov, 23. Yovan Krneta,  44. Migel Lorenso, 13. Aleksandr Şemonayev, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 28. Təmkin Xəlilzadə, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov
 
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 99. Yasin Həmid, 17. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev, 77. Yamin Ağakərimzadə, 21. Murad Səttarlı

Baş məşqçi: Adil Şükürov

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 17. Vaquf Güləliyev, 18. Süleyman Əhmədov, 22. Mirabdulla Abbasov, 39. Tural Bayramlı, 42. Kamran Abdullazadə, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

 

 

AZAL – “Neftçi” - 0:2

Qollar: Elvin Bədəlov, 60, Rəhman Hacıyev, 70

Qırmızı vərəqələr: Ruslan Nəsirli, 37 - Jairo, 37

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim inspektor: Asim Xudiyev

“AZAL Arena”

 

AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 9. Röyal Nəcəfov

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 5.Kamil Hüseynov, 21. David Canelidze, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 95. Şirməmməd Məmmədov

Baş məşqçi: Tərlan Əhmədov

 

“Neftçi”: 1. Krşevan Santini, 3. Jairo Filyo Rodriges, 10. Cavid İmamverdiyev (k), 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilya, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 9. Katalin Tira, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 21. Aqşin Qurbanlı, 41. Ömər Buludov

Baş məşqçi: Vəli Qasımov