[b]TPL-də I dövrə: Bir oyunun 3/4-dən də az[/b]
04.10.2016 - 10:14
[b]TPL-də I dövrə: Bir oyunun 3/4-dən də az[/b]

Topaz Premyer Liqasının başa çatan I dövrəsinin 28 matçını cəmi 55 min 828 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, Premyer Liqada orta tamaşaçı sayı 1994-ə yaxındı.

 

Ümumilikdə isə çempionatımızın ilk 1/4 hissəsinə aparıcı futbol ölkələrində bir matçından da az maraq olub. Məsələn, son turun “Bavariya” – “Köln” qarşılaşmasını 75 min seyrçi izləyib. Bizdəki 27 görüşdə isə bunun 3/4-dən də azdı.

 

Ayrı-ayrı klubların tamaşaçı sayına gəlincə, siyahıda ilk 4 pillədə paytaxtdan kənar komandalar qərarlaşıb. “Kəpəz” 1-ci, “Sumqayıt” 2-ci, “Qarabağ” 3-cü, “Qəbələ” 4-cüdü. Ümumiyyətlə, “Kəpəz”in 3 ev oyunundakı tamaşaçı sayı digər 25 matçdakının cəmindən çoxdu.

 

Bakı klubları isə tamaşaçı sayında digərlərindən çox geri qalır. Bu komandalardan “Neftçi” ən yaxşıdısa, çempionatın autsayderi AZAL son sıradadı.

 

klub

oyun

tamaşaçı

orta

Kəpəz

3

29238

9746

Sumqayıt

4

5490

1373

Qarabağ

3

4100

1367

Qəbələ

5

6600

1320

Neftçi

4

3750

938

İnter

4

3700

925

Zirə

3

2300

767

AZAL

2

650

325

 

Mövsümün ən az tamaşaçı toplayan qarşılaşmaları da Bakıda keçirilib. AZAL-ın “İnter”, “Qəbələ”nin “Kəpəz”lə Bakıdakı görüşlərində cəmi 300 seyrçi qeydə alınıb. Gəncə təmsilçisinin “Qarabağ”la qarşılaşmasında isə rekord sayda – 14238 tamaşaçı olub.

 

İlk dövrənin matçları 8 stadionda keçirilib. “Əlincə Arena” daha çox – 7 görüşə ev sahibliyi edib. Bu da onunla bağlıdı ki, iki komanda – “Neftçi” və “Qarabağ” ev oyunlarını burada keçirib.

 

stadion

oyun

Əlincə Arena

7

İnter Arena

4

Sumqayıt

4

Gəncə

3

Qəbələ

3

Zirə

3

AZAL Arena

2

Dalğa Arena

2

 

0