[b]TPL: VI turun hakimləri açıqlandı[/b]
21.09.2016 - 14:44
[b]TPL: VI turun hakimləri açıqlandı[/b]

Topaz Premyer Liqasında VI turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 24-də start götürəcək turun mərkəzi qarşılaşması Rəvan Həmzəzadəyə tapşırılıb.

 

O, ötən mövsümün mükafatçıları “Zirə” və “Qəbələ” arasına matçı idarə edəcək. FİFA hakimlərindən Əliyar Ağayev AZAL – “İnter”, Rəhim Həsənov “Kəpəz” – “Qarabağ” matçında fit çalacaq. Onların hərəsi daha bir matda əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Orxan Məmmədov isə bu tur təyinat almayıb.

 

Topaz Premyer Liqası

VI tur

24 sentyabr (şənbə)

16:00. AZAL – “İnter”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

AZAL Arena

 

25 sentyabr (bazar)

15:30. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu

 

18:00. “Zirə”  – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

Zirə İdman Kompleksinin stadionu

 

27 sentyabr (çərşənbə axşamı)

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

“Əlincə Arena”

 

0