Topaz Premyer Liqasında XXV turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, üç gün ərzində keçiriləcək oyunlarda AFFA aşağıdakı hakimlərə güvənəcək.
Turun ən maraqlı qarşılaşması hesab olunan “Keşlə” – “Neftçi” matçı FİFA referisi Rəhim Həsənova əmanət edilib.
“Zirə” – “Qarabağ” oyununda Rauf Cabbarov, “Qəbələ” – “Kəpəz” matçında isə Əliyar Ağayev iş baçında olacaqlar.
Maraqlıdır ki, sabah baş tutacaq I divizionun “Binə” – “Turan Tovuz” oyununun hakimi Rəvan Həmzəzadə 3 gün sonra “Sumqayıt” – “Səbail” görüşünü də idarə edəcək.
Topaz Premyer Liqası
XXV tur
27 aprel (cümə)
19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
Zirə İdman Kompleksinin stadionu
28 aprel (şənbə)
16:00. “Keşlə” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Füzuli Nəcəfov
“İnter Arena”
18:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
29 aprel (bazar)
19:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”