[b]6 illik sindrom davam etdi[/b]
16.04.2016 - 19:32
[b]6 illik sindrom davam etdi[/b]

Topaz Premyer Liqasının XXX turunda "İnter"lə qarşılaşan "Kəpəz"in qələbə həsrəti davam edib. Apasport.az saytının məlumatına görə, gəncəlilərin "bankirlər" önündəki qələbəsizlik seriyası 9 oyuna çatıb.

 

Bu mövsüm bakılılardan yalnız 2 xal ala bilən "Kəpəz" sonuncu dəfə 2010-cu ilin sentyabr ayında bu rəqibini üstələməyi bacarıb. Həmin vaxtdan bəri keçirilən görüşlərin 6-da bakılılar qalib gəlib, 3-də isə bərabərlik qeydə alınıb.

 

"İnter" eyni zamanda ardıcıl 4-cü dəfə Gəncə səfərindən xalla dönə bilib. Komanda bu rəqibinə qarşı son 4 səfər görüşünün 2-də qələbə qazanıb, 2-də heç-heçə edib.

 

Qeyd edək ki, "Kəpəz" - "İnter" oyunu 1:1 hesabı ilə başa çatıb.