[b]"Mançester Yunayted"ə lazım olmayan futbolçuya təklif[/b]
30.07.2016 - 15:22
“Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyoya lazım olmayan Bastian Şvaynştayger karyerasını Almaniya çempionatında davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ölkəsindən təklif alıb.
Onun xidmətində “Şalke” maraqlıdı. Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, Almaniya yığmasındakı çıxışını dayandıran Şvaynştayger “Mançester Yunayted”ə ötən il “Bavariya”dan keçmişdi.
0
0