[b]"Neftçi" - "Qarabağ" oyununun biletləri satışda[/b]
10.08.2017 - 12:14
[b]"Neftçi" - "Qarabağ" oyununun biletləri satışda[/b]

Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Apasport.az meydan sahiblərinin saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 1, VİP yerlər üçün isə 5 manatdı.

 

Biletləri 8-ci km qəsəbə stadionunun kassalarından əldə etmək mümkündü.


Qeyd edək ki, avqustun 11-də keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.