[b]"Neftçi" azarkeşləri Elxan Abdullayevi istefaya çağırdı[/b]
19.08.2017 - 20:03
[b]"Neftçi" azarkeşləri Elxan Abdullayevi istefaya çağırdı[/b]

Azərbaycan Premyer Liqasının yeni mövsümünə məğlubiyyətlə başlayan "Neftçi" ikinci turda da eyni aqibəti yaşayıb. Apasport.az saytı xəbər verir ki, "ağ-qaralar" bu dəfə "Səbail"lə bacarmayıblar.

 

Belə ki, qarşılaşma debütantın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Neftçi"nin 90-cı dəqiqədə qol buraxması "Dalğa Arena"ya toplaşan qonaq komandanın azarkeşlərini özündən çıxarıb. Nəticədə onlar baş məşqçi Elxan Abdullayevi istefaya çağırıblar.

 

İstefa sədaları hakimin final fiti səslənəndən sonra da davam edib.