[b]"Neftçi" daha bir yoxlama görüşü keçirəcək[/b]
04.09.2017 - 11:37
[b]"Neftçi" daha bir yoxlama görüşü keçirəcək[/b]

"Neftçi” Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək, daha bir yoxlama görüşü keçirəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” əvəzedici heyətləri ilə üz-üzə gələcəklər.  

 

Görüş sentyabrın 6-da keçiriləcək. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17:00-da start götürəcək.


Qeyd edək ki, “Neftçi” ilk yoxlama matçında MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.