“Neftçi” ölkə çempionatının üçüncü dövrəsinin hazırlığına start verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” klubun bazasındakı meydançada məşq ediblər.
Hazırlıq prosesində Mixal Peskoviçdən başqa bütün futbolçular iştirak ediblər. Qapıçı məşqlərə sabah qoşulacaq. Zədəlilər - Fəhmin Muradbəyli və Elşən Abdullayev fərdi məşqlə kifayətləniblər.
Qeyd edək ki, yanvarın 10-dək gündə bir dəfə məşq edəcək “Neftçi” ayın 10-da Olimpiya stadionunda ikitərəfli oyun keçirəcək. Yanvarın 11-də isə komanda təlim-məşq toplanışına start verəcək. Klubun təlim-məşq bazası, “Bakcell Arena” və Olimpiya stadionunda təşkil olunacaq təlim-məşq toplanışı ərzində “Neftçi” 3 yoxlama oyunu keçirməyi planlaşdırır.