[b]"Neftçi"dən azarkeşlərinə şad xəbər[/b]
27.11.2017 - 17:32
[b]"Neftçi"dən azarkeşlərinə şad xəbər[/b]

"Neftçi” azarkeşləri üçün sürpriz edib. Apasport.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, klubun yeni mövsümdəki ilk kubok oyununa giriş sərbəst olacaq.

 

Azarkeşlər noyabrın 28-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Zaqatala” matçını biletsiz izləyə biləcəklər.


Qeyd edək ki, oyun saat 17:00-da başlanacaq.

0