[b]"Neftçi"nin iki futbolçusu millidə[/b]
29.12.2016 - 15:25
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, gələn ay Bakıda baş tutacaq hazırlıq prosesinə "Neftçi”nin 2 futbolçusu dəvət alıb.
Bunlar Fəhmin Muradbəyli və Sənan Əlizadədi.
Qeyd edək ki, U-21-in hazırlıq prosesi yanvarın 7-dən 21-dək davam edəcək.
Mənbə: neftchipfk.com
0
0