[b]"Oynamadan dünya çempionatına aparılmağım imkansızdı" - Noyer[/b]
09.05.2018 - 14:35
[b]"Oynamadan dünya çempionatına aparılmağım imkansızdı" - Noyer[/b]

"Bavariya"nın və Almaniya yığmasının qolkiperi Manuel Noyer Rusiyada keçiriləcək dünya çempionatındakı iştirak şanslarını dəyərləndirib. Apasport.az-ın Münhen klubunun saytına istinadən məlumatına görə, alman qapıçı dünya çempionatında iştirak etməsi üçün meydana çıxmasının şərt olduğunu deyib.

 

"Oyun təcrübəm olmadan dünya çempionatına aparılmağım imkansız görünür. Mövsümün sonuna kimi daha bir neçə matç var. Gözləyək, görək necə olur" - deyə, Noyer vurğulayıb.

 

Digər tərəfdən, "Bavariya"nın baş məşqçisi Yupp Haynkes 32 yaşlı qapıçının "Ştutqart"la çempionat matçında və "Ayntraxt"a qarşı kubok finalında meydana çıxmasının ehtimal daxilində olmadığını bildirib.

 

Qeyd edək ki, Noyer sentyabr ayında aldığı zədə səbəbindən, mövsümün, demək olar ki, tamamını qaçırıb.