[b]"Qarabağ" "Kəpəz"in rekordunu təkrarladı[/b]
25.09.2016 - 19:05
[b]"Qarabağ" "Kəpəz"in rekordunu təkrarladı[/b]

“Qarabağ” qol seriyasını Topaz Premyer Liqasının VI turunda da davam etdirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ardıcıl 23 çempionat oyununda meydanı qolsuz tərk etmir.

 

2016-cı ilin ilk oyununda – AZAL-la yanvarın 31-dəki matçında 0:1 hesabı ilə uduzandan sonra heç bir komanda ağdamlılarla görüşü qol buraxmadan tərk edə bilmir. Klub tarixinin ən qollu seriyasını reallaşdıran “Qarabağ” 23-ə çatmaqla, ölkə çempionatları tarixinin 5-ci nəticəsini təkrarlayıb.

 

Əyalət klubu “Kəpəz”in 23 matçlıq seriyasını təkrarlayıb. Azərbaycan rekordu isə “Turan”a məxsusdu. Ağdamlılar bu rekordun 10 addımlığındadı. Belə ki, qərblilər ardıcıl 33 dəfə qol vurmuşdu. Qərblilər 1993-95-ci illərdə belə seriyaya imza atıblar.