[b]"Qarabağ" son məşqə çıxdı[/b]
19.07.2016 - 22:06
[b]"Qarabağ" son məşqə çıxdı[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Lüksemburq təmsilçisi "F91 Düdelanj"ın qonağı olacaq "Qarabağ" bu gün oyunöncəsi son məşqinə çıxıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın son məşqi yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürüb. Son hazırlıqlar matçın keçiriləcəyi "Jos Nosbaum" stadionunda baş tutub.

Qeyd edək ki, "F91 Düdelanj" - "Qarabağ" matçı sabah saat 20:00-da başlayacaq və klubun "Youtube" kanalı vasitəsi ilə canlı yayımlanacaq.