[b]"Qarabağ"dan "Qarabağ"a qədər[/b]
30.11.2016 - 01:12
Topaz Premyer Liqasının XIII turunda səfərdə “Qarabağ”la qarşılaşan “Qəbələ” 1:2 hesablı məğlubiyyətə üzülüb. Apasport.az saytının məlumatına görə, bu, Roman Qriqorçukun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyasının sonu olub.
Belə ki, sonuncu dəfə ötən mövsümün 34-cü turunda yenə ağdamlılara uduzan “qırmızı-qaralar” 14 matçdan sonra meydanı xalsız tərk ediblər.
Qeyd edək ki, mövsümdə ilk dəfə məğlubiyyət acısı dadan komanda hazırda 28 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0