“Qarabağ” “qara zolağ”a düşüb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ardıcıl 4 turdu qələbəyə həsrət qalır.
“Ağ-qaralar” ötən il dekabrın 6-da “İnter”i 1:0 hesabı ilə məğlub etdikdən sonra keçirdiyi qarşılaşmalarda qalib gələ bilmirlər. “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ” (1:1) ilə görüşlərdə müxtəlif hesablı heç-heçələr edən “Qarabağ” XIX turda AZAL-ı da yenməyi bacarmayıb. Son iki mövsümün çempionu bu dəfə məğlubiyyətə üzülüb – 0:1.
Ağdamlıların belə uğursuzluq yaşaması isə heç də qeyri-adi hadisə deyil. Belə ki, “Qarabağ” çempion olduğu son illərdə də bəzən qələbənin nə olduğunu unudurdu. Qurbanovun komandaya baş məşqçi gətirildiyi 2008-ci ildən sonra iddiaları böyüyən komanda bu 7 il yarım ərzində 7-ci dəfədi 4 və çox oyundan ibarət seriyaya üzülür.
Son belə seriya 2014-cü ildə qeydə alınıb. 2013/14 mövsümündə çempionluğu təmin edəndən sonra 2 matçda uduzan “Qarabağ” 2014/15 mövsümünü iki heç-heçə ilə başlayıb. Bu seriyanın start götürdüyü 2013/14 mövsümünün də əvvəlində yaxşı alınmayıb. Həmin vaxt ağdamlılar 4 görüşdə 3 heç-heçə edib, 1 dəfə uduzub.
Qurbanovlu “Qarabağ” 2009-cu ildə də 4 matçlıq qələbə həsrəti yaşayıb, bu müddətdə 2 xalla kifayətlənmişdi. Ağdamlıların bu dövr üçün antirekordu isə 2010-cu ilin fevral-aprel aylarında gerçəkləşib.
Həmin vaxt əyalət klubu 7 turda 4 heç-heçə və 3 məğlubiyyət yaşayıb. “Qarabağ” iki dəfə də 5 matçlıq qələbəsizliklə azarkeşlərinə üzüntü yaşadıb. Komanda 2012-ci ilə təsadüf edən bu seriyalardan birində 2, digərində 3 heç-heçəylə təsəlli tapıb.
Qeyd edək ki, “Qarabağ” növbəti turda öz meydanında “Xəzər Lənkəran”la qarşılaşacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"