[b]"Qəbələ" 82 gündən sonra [/b]
20.02.2017 - 00:01
Azərbaycan Premyer Liqasının lideri dəyişib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” 82 gün öncə yüksəldiyi zirvəni əldən verib.
XIII turda öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib, “taxtdan salan” Qurban Qurbanovun yetirmələri liderliyini 6 tur davam etdirib.
“Qəbələ” isə “Qarabağ”dan 82 gün əvvəlki yenilginin revanşını 2:0 hesablı qələbə ilə alıb. Bu, “qırmızı-qaralar”a yenidən zirvəyə yüksəlmək imkanı verib.
0
0