Topaz Premyer Liqasının XXIX turunda "Sumqayıt"la səfərdə xalları yarı bölən "Qəbələ" 2 xal itirsə də, rəqibi önündə uğurlu seriyanı davam etdirib. Apasport.az saytının məlumatına görə, "qırmızı-qaralar" "gənclik şəhəri" təmsilçisi ilə qarşılaşmalarda məğlubiyyətsizlik seriyasını 11 oyuna yüksəldib.
Belə ki, sonuncu dəfə 2013-cü il, avqustun 19-da "Qəbələ"yə öz meydanında (2:1) qalib gələn "Sumqayıt" həmin vaxtdan bəri keçirilən 11 oyunun heç birində bu uğuru təkrarlaya bilməyib. Maraqlıdı ki, bu, "Sumqayıt"ın tarixi ərzində "Qəbələ" önündə hələlik ilk və son qələbəsidi.
16-cı dəfədi ki, bu rəqibi ilə üz-üzə gələn "kimyaçılar"a meydanı qol buraxmadan tərk etmək yenə nəsib olmayıb.