[b]"Real" yeni formalarını təqdim etdi - FOTO[/b]
29.05.2018 - 18:10
[b]"Real" yeni formalarını təqdim etdi - FOTO[/b]

"Real" 2018-19 mövsümündə istifadə edəcəyi yeni ev və səfər formalarını təqdim edib. Apasport.az saytının məlumatına görə, Madrid klubunun əsas formasında ənənəvi ağ, səfər formasında isə qara rəngə üstünlük verilib. Yeni formalar "Adidas" tərəfindən hazırlanıb.

 

Kriştiano Ronaldonun təqdimatda iştirak etməməsi diqqət çəkib. Bu, portuqaliyalı ulduzun "Adidas"ın rəqibi "Nike" ilə şəxsi müqaviləsinin olması ilə əlaqələndirilir.