[b]"Sumqayıt" - "Qarabağ" oyunu nə vaxt başlayacaq? [/b]
01.03.2017 - 13:10
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək "Sumqayıt” - "Qarabağ" oyununun başlanma saatı açıqlanıb. Apasport.az “gənclik şəhəri” təmsilçisinin saytına istinadən xəbər verir ki, martın 4-də baş tutacaq görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun martın 3-də keçiriləcək və saat 14:00-da başlanacaq.
0
0