"İnter" AZAL üçün arzuolunmaz komanda olmaqda davam edir. Apasport.az saytının məlumatına görə, "təyyarəçilər" növbəti dəfə "bankirlər"lə qarşılaşmadan başıaşağı ayrılıb.
Topaz Premyer Liqasının XXIX turunda buraxılan yeganə qol AZAL-ın "İnter Arena"da ardıcıl 5-ci yenilgisi ilə nəticələnib. Tərlan Əhmədovun yetirmələri həmçinin ardıcıl 5-ci paytaxt derbisində də "İnter"in qapısına yol tapa bilməyiblər.
"İnter" isə bu qələbə sayəsində AZAL önündə məğlubiyyətsizlik seriyasını 11 oyuna yüksəldib. "Təyyarəçilər" sonuncu dəfə 2013-cü il, avqust ayının 18-də "İnter"i, özü də səfərdə məğlubiyyətə uğradıblar. Bu seriya ən azı daha bir neçə ay davam edəcək.