[b]"Tottenhem"də rekord müqavilə[/b]
05.07.2016 - 13:49
“Tottenhem” rəhbərliyi komandanın hücumçusu Harri Keynlə yeni müqavilə imzalayacaq. Apasport.az saytı xəbər verir ki, yeni sözləşmə 5 illik olacaq.
Belə razılıq əldə olunub ki, Keyn sazişi imzaladıqdan sonra London klubunda ilinə 5 milyon funt-sterlinq məvacib alacaq. Bu isə “Tottenhem”in tarixində rekord müqavilə olacaq.
Qeyd edək ki, 2009-cu ildən “Tottenhem”in üzvü olan Keyn Premyer Liqanın son mövsümündə 38 oyunda 25 qol vurub.
0
0