[b]"Yuventus"da yeni müqavilə[/b]
06.06.2016 - 21:59
"Yuventus"un müdafiəçisi Patris Evra gələcəyi ilə bağlı suallara aydınlıq gətirib. Apasport.az saytı xəbər verir ki, ABŞ klublarının maraq dairəsində olan veteran futbolçu Avropada qalmaq qərarına gəlib.
Fransa millisinin üzvü gələn mövsümü də hazırkı klubu "Yuventus"un heyətində keçirəcək. Belə ki, 35 yaşlı oyunçu başa çatan müqavilə müddətini daha bir illiyə uzadıb. Bu barədə məlumatı Turin klubunun rəsmi saytı da təsdiqləyib.
Qeyd edək ki, Patris Evra "Yuventus"a 2014-cü ildə "Mançester Yunayted"dən transfer olunmuşdu.
0
0