[b]"Yuventus"un hücumçusu Çin yolunda[/b]
08.10.2016 - 14:00
[b]"Yuventus"un hücumçusu Çin yolunda[/b]

“Yuventus”un və Xorvatiya yığmasının hücumçusu Mario Mandzukiç yeni təkliflər alıb. Apasport.az saytı “Sport Mediaset”ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə Çin klubları yaxından maraqlanırlar.

 

Həmin komandaların adları açıqlanmasa da, Mandzukiçin Asiya ölkəsinə köçmək şansı yüksək dəyərləndirilir. Hələ ki, “Yuventus” rəhbərliyi bu təkliflərə cavab verməyib.

 

Qeyd edək ki, karyerası ərzində “Volfsburq”, “Bavariya” və “Atletiko” kimi klubların da formasını geyinmiş Mandzukiç ötən ildən “Yuventus”un uğurları üçün çalışır. O, “qoca sinyora”nın heyətində 40 oyunda 13 qola imza atıb.