[b]A seriyasından A seriyasına[/b]
03.01.2017 - 22:09
“İnter” yarımmüdafiəçisi Felipe Meloyla müqaviləyə qarşılıqlı anlaşmayla xitam verib. Apasport.az saytının məlumatına görə, bu barədə braziliyalı futbolçunun əməkdaşlıq etdiyi menecerlik şirkəti məlumat yayıb.
Məlumatda həmçinin Melonun bundan sonra Braziliya A seriyasının son çempionu “Palmeyras”ın şərəfini qoruyacağı qeyd edilib.
Melo 2015-ci ildən “İnter”in şərəfini qoruyurdu. 33 yaşlı futbolçu cari mövsümdə 10 oyunda meydana çıxıb.
0
0