[b]Abdullayev üçün “77”[/b]
02.01.2017 - 10:02
[b]Abdullayev üçün “77”[/b]

“Qəbələ”nin yeni transferi Araz Abdullayevin klubunda daşıyacağı nömrə müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 77 nömrəli forma ilə çıxış edəcək.

 

Azərbaycan millisinin futbolçusu karyerası boyu əsasən 7 və 17 nömrələrinə üstünlük versə də, “Qəbələ”də bu rəqəmlərin sahibi var. Bu üzdən də Araz yeni komandasında “77”ni seçməli olub.

 

Qeyd edək ki, Abdullayev “Qəbələ” ilə 2 illik müqavilə imzalayıb.