[b]Abdullayevlə İmamverdiyevin gözlədiyi oyun[/b]
20.07.2016 - 18:33
[b]Abdullayevlə İmamverdiyevin gözlədiyi oyun[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin “Şkendiya” ilə Makedoniyadakı oyunu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın üzvləri Araz Abdullayevlə Cavid İmamverdiyev avrokuboklarda yubiley görüşünə çıxacaq.

 

Araz qitə miqyaslı klub turnirlərində 25-ci dəfə meydana çıxmaq imkanı qazanıb. O, sabahkı matçadək 3 qol vurub.

 

İmamverdiyev isə 20-ci oyununa çıxa bilər. Yarımmüdafiəçinin hesabında 3 top var.

 

Qeyd edək ki, “Şkendiya” – “Neftçi” matçı Skopyedə keçiriləcək.