[b]Abramoviç Konte ilə görüşdü[/b]
27.09.2016 - 18:41
[b]Abramoviç Konte ilə görüşdü[/b]

“Çelsi”nin sahibi Roman Abramoviç komandanın baş məşqçisi Antonio Konte ilə görüşüb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, o, italiyalı çalışdırıcıya dəstək olub.

 

Abramoviç Konte ilə birlikdə klubun bazasında nahar edib. Nahar zamanı o, məşqçiyə güvəndiyini bildirib. Abramoviç həmin gün “zadəganlar”ın məşqini də izləyib.

 

Qeyd edək ki, Kontenin rəhbərlik etdiyi “Çelsi” Premyer Liqanın son 2 turunda məğlubiyyətlə üzləşib.