[b]AÇ-2020: Münhen də loqonu təqdim etdi - FOTO[/b]
27.10.2016 - 17:37
[b]AÇ-2020: Münhen də loqonu təqdim etdi - FOTO[/b]

AÇ-2020-nin daha bir loqosu açıqlanıb. Apasport.az saytının məlumatına görə, final mərhələsini 13 şəhərin qəbul edəcəyi yarışın növbəti təqdimatı Almaniyada gerçəkləşib.

 

Çempionatın həlledici mərhələsinə ev sahibliyi edəcək Münhendə baş tutan tədbirdə yarışın 13 loqosundan biri nümayiş olunub. Təqdimata UEFA-nın prezidenti Aleksander Ceferin, Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal və “Bavariya”nın sədri Karl-Hayns Rummeninge qatılıb.

 

Münhen-2020-nin loqosunda ənənəvi yaşıl körpü üzərindəki 6 pərəstişkarın əlindəki Anri Delon kuboku, həmçinin  Bavariya paytaxtı İzara gedən çapar əks olunub.

 

Qeyd edək ki, təşkilatçı şəhərlərin bəzilərində, o cümlədən Bakıda artıq loqonun təqdimat mərasimi baş tutub. 

0