[b]AÇ-2024-ə daha bir namizəd ölkə[/b]
01.03.2017 - 15:07
Türkiyədən sonra daha bir ölkə 2024-cü ildə keçiriləcək Avropa çempionatına namizədliyini irəli sürüb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Almaniya da qitə birinciliyinin təşkilində maraqlı olduğunu bəyan edib.
Qitə futbol qurumu almanlardan bununla bağlı rəsmi müraciət aldıqlarını bildirib.
Almaniya AÇ-2024-ün oyunlarını 10 şəhərdə keçirmək fikrindədi. Məkanlarla bağlı müsabiqə keçiriləcək və qalib stadionların adları sentyabrda açıqlanacaq.
Qeyd edək ki, AÇ-2024-ün hansı ölkədə təşkil ediləcəyi gələn ilin sentyabr ayında açıqlanacaq.
0
0