[b]Adrian Skarlatake iddialı komandaya keçdi[/b]
01.02.2016 - 09:48
[b]Adrian Skarlatake iddialı komandaya keçdi[/b]

“Xəzər Lənkəran”la yolları dekabrda ayrılan Adrian Skarlatakenin yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rumıniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirməyə qərar verib.

 

29 yaşlı futbolçu Liqa-1 təmsilçisi “Astra” ilə müqavilə bağlayıb.

 

Məlumatı əməkdaşımızla söhbətində Skarlatake özü də təsdiqləyib: “Başqa təkliflər də var idi. Kiprə yollana bilərdim. Amma ordakı təklif ürəyimcə olmadı. Tələsmədən qərar verdim. Xeyli düşündükdən sonra Rumıniyada qalmağı daha məqsədəuyğun saydım. “Astra” ölkənin ən iddialı klublarından sayılır. Təklifi qəbul etməyimdə komandanın iddiası da rol oynadı”.

 

Qeyd edək ki, əvvəllər Buxarest “Dinamo”su, “Pandurii”, “Petroşani”, “Mioveni” və “Otopeni” klublarının da formasını geyinmiş Skarlatake 2011-ci ildən “Xəzər Lənkəran”da çıxış edirdi.