[b]Hakim qıtlığı: 5 günə 3 oyun, 1250 manat[/b]
31.01.2017 - 17:04
[b]Hakim qıtlığı: 5 günə 3 oyun, 1250 manat[/b]

Azərbaycan çempionatının I divizionunda mövsümün ikinci yarısının ilk təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA referisi Rəhim Həsənov da aşağı dəstədə fit çalacaq.

 

Yanvarın 28-də “İnter”lə “Kəpəz” arasında Premyer Liqa matçını idarə edən hakim bu dəfə “Səbail” – “Mil-Muğan” qarşılaşmasında söz sahibi olacaq. Yüksək dəstədə XV turun oyununda iş başında olan daha bir referi yenə təyinat alıb.

 

Ayın 28-də “Qəbələ” – “Sumqayıt” görüşündə dördüncü, ertəsi gün “Zirə” – AZAL matçında baş hakim olan Rəvan Həmzəzadə fevralın 1-də “Şərurspor” – “Şəmkir” oyununda fit çalacaq. Bu, onun 5 gündə 3-cü qarşılaşması olacaq. Həmzəzadə bu qarşılaşmalarda 1250 manat qonorar alacaq. Bunu müəyyən qədər hakim çatışmazlığı ilə də əlaqələndirmək olar. Belə olmasaydı, eyni hakim bu qədər təyinat almazdı.

 

Qeyd edək ki,  ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən I divizionun “Göyəzən” – “Qaradağ Lökbatan” və “Şahdağ” – “Zaqatala” matçlarının keçirilmə tarixi dəyişdirilib. Bu matçlar fevralın 2-də deyil, 27-də baş tutacaq.

 

XIV tur

1 fevral (çərşənbə)

 

15:00. “Şərurspor” – “Şəmkir”

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Mehman Mahmudov, Anar Göyçayski

Hakim-inspektor: Azad Mütəllimov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

14:00. “Ağsu” – “Bakılı”

Hakimlər: Ziya Nəsirov, Habil Əliyev, Aleksandr Musatkin, Natiq Əlixanov

Hakim-inspektor: Munis Abdullayev

Ağsu şəhər stadionu

 

14:00. “Energetik” – MOİK

Hakimlər: Hacıəli Ağayev, Ruslan Babayev, Teymur Teymurov, Yusif Hüseynov

Hakim-inspektor: Vahid Hüseynov

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

 

02 fevral (cümə axşamı)

 

14:00. “Turan Tovuz” – “Rəvan”

Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Samir Hüseynov

Hakim-inspektor: Rəhman Tağıyev

Tovuz şəhər stadionu

 

19:00. “Səbail” – “Mil-Muğan”

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Anar Fərəcov

Hakim-inspektor: Rüfət Hüseynov

“Bayıl Arena”