Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının VII turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“İnter” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “bankirlər”in texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün ev sahiblərinə daha 1600 manat cərimə kəsilib.
“Sumqayıt” – AZAL görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt təmsilçisi 800 manat cərimə olunub. Həmçinin “Neftçi” – “Kəpəz” matçında da eyni halla üzləşən qonaq komanda 800 manat cərimə ödəməli olacaq. Oyunun 57-ci və 78-ci dəqiqəsində Gəncə təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə ödəyəcək.
“Qəbələ” – “Qarabağ” matçının ilk hissəsinin son dəqiqələrində ev sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün “qırmızı-qaralar”a əlavə 800 manat cərimə kəsilib.