[b]AFFA “İnter”in futbolçusu ilə bağlı qərar verdi[/b]
26.04.2016 - 12:29
[b]AFFA “İnter”in futbolçusu ilə bağlı qərar verdi[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən yığıncaqda Topaz Premyer Liqasının XXXI turunun yeganə xoşagəlməz hadisəsi müzakirə olunub.

 

“Qarabağ”la səfər matçının 75-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Fuad Bayramov 1 oyun cəzalanıb. O, “İnter”i 200 manat ziyana salıb.