[b]AFFA “Neftçi” və “İnter”i cərimələdi[/b]
18.10.2016 - 13:24
[b]AFFA “Neftçi” və “İnter”i cərimələdi[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının VIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

“Zirə” ilə səfər oyununda qırmızı vərəqə alıb, “Neftçi”ni azlıqda qoyan Rahil Məmmədov 1 oyunluq kənarlaşdırılıb. O, komandasını 200 manat ziyana salıb.

 

“Qəbələ” ilə ev matçında 4 futbolçusu sarı vərəqə alan “İnter”in cəriməsi isə 800 manat təşkil edib.