AFFA daha bir futbolçunu milliləşdirib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, assosiasiya rəhbərliyi ötən ildən izinə düşdüyü “Trabzonspor”un üzvü Tayyip Ebrar Cumurun Azərbaycan vətəndaşlığını almasına nail olub.
AFFA Qaradəniz təmsilçisinin oyunçuları - Doğukan Öksüz və Murat Cem Akpınarı milliləşdirdikdən sonra diqqətini məhz Tayyip Ebrar Cumura yönəltmişdi. Bu barədə hələ ötən il yerli mətbuata açıqlamasında “Trabzonspor”un aşağı yaş qrupu üzrə baş məşqçisi Sadi Tekelioğlu məlumat vermişdi. Türkiyə mətbuatında dərc olunan bugünkü yazılarda Cumurun ölkəmizdə anadan olduğu qeyd edilməklə yanaşı, onun Azərbaycan pasportuna yiyələndiyi vurğulanıb. Bu isə AFFA-nın gənc futbolçunu milliləşdirdiyini təsdiqləyir.
“Bordo-mavililər”in baş məşqçisi Ərsun Yanal “Əl-Sədd”lə oyunda ilk dəfə Cumuru “Trabzonspor”un əsas komandasında meydana buraxıb. 1999-cu ilin noyabrında dünyaya göz açan və mərkəz yarımmüdafiəçisi olan Tayyip Ebrarın debüt matçındakı çıxışı təcrübəli mütəxəssisi razı salıb.
O, istedadlı futbolçuya imkan düşdükcə əsas komandada şans verəcəyini bildirib: “Ebrar üçün hələ çox tezdi. Onun oynadığı mövqedə çoxlu futbolçumuz var. Ebrar həftənin 3 günü bizimlə birgə məşq edir. Ona xüsusi məşqlər də keçməyə başlamışıq. Aşağı yaş qrupları üzrə komandalarımız bizim üçün çox dəyərlidi, onlarla yaxından maraqlanırıq. Ebrar kimi daha bir neçə futbolçumuz var. Hər birinə fürsət düşən kimi şans verəcəm”.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"