Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.
“Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Coşqun Diniyev və qonaqların üzvü Sezar Meza Kolli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Komitə iki futbolçunu 3 oyunluq cəzalandırıb. Klublar 2400 manat cərimələnib.
Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"