AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVII turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.
AZAL – “Qəbələ” matçında qonaqların, “İnter” – “Neftçi” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimə olunub.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçında meydan sahiblərinin futbolçusu Mikayıl Rəhimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İntizam Komitəsi oyunun video yazısını izləyib hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi qənaətinə gəlib. Bu üzdən qırmızı vərəqə ləğv olunub.
Hakimlər Komitəsinə oyunun hakimi Elvin Əsgərov haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə