Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/2 mərhələsinin cavab oyunları və Topaz Premyer Liqasının XXXIII turunda yaşananlar müzakirə olunub. Nəticədə komitə yalnız iki komandanı cəzalandırıb.
“Qəbələ” və “Neftçi”nin kubok matçıdnan sonra hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə komandalar 1000 manat cərimə olunub. Əyalət klubunun azarkeşləri tərəfindən 13-cü dəqiqədə meydançaya kənar əşyalar atıldığı üçün klub daha 2000 manat ödəyəcək.
Çempionatın “Zirə” – “Qəbələ” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əyalət təmsilçisi 1000 manat ziyana düşüb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı