AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında çempionatlardakı neqativ hallar müzakirə olunub. Apasport.az saytının məlumatına görə, İK yenə bir neçə komandaya texniki məğlubiyyət verib.
Regional Liqada “Şirvan”la ev oyununa çıxmayan “Oğuz” 0:3 hesablı məğlubiyyətlə barışmalı olub.
U-17 Liqasının “Kəpəz” – “Xəzər Lənkəran”, eləcə də Yüksək Qızlar Liqasının "Təhsil" FM – "Veqa" matçında ikincilər iştirak etmədiyi üçün ev sahiblərinə qalibiyyət verilib – 3:0. Maraqlıdı ki,
"Veqa"nın U-16 komandası da "Əhmədli Yunayted"lə görüşdə meydana çıxmayıb. Bununla 3-cü dəfə texniki məğlubiyyət alan "Veqa" yarışdan kənarlaşdırılıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"