[b]AFFA prezidenti UEFA-nın baş katibi ilə görüşdü[/b]
08.06.2017 - 16:44
[b]AFFA prezidenti UEFA-nın baş katibi ilə görüşdü[/b]

UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda bir günlük işgüzar səfərdədi. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

 

Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avro-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib.

 

Həmçinin bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.